Modern.az

Braziliyada güclü ZƏLZƏLƏ

Braziliyada güclü ZƏLZƏLƏ

Dünya

21 Yanvar 2024, 09:10

Braziliyanın qərbində, Amazona ştatında Bakı vaxtı ilə saat 01:31-də 6,5 maqnitudada zəlzələ olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ ocağı Tarauka şəhərindən 123 kilometr məsafədə 628 kilometr dərinlikdə yerləşib.

 

İpxuna, Kruzeyro do Sul yaşayış məntəqələri yaxınlığında baş verən yeraltı təkanlar Peruda da güclü hiss olunub.

 

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!