Modern.az

Parlament qalmaqallı qanuna "HƏ" dedi - Etirazlar yenidən başladı

Parlament qalmaqallı qanuna

Dünya

1 May 2024, 20:35

Gürcüstan parlamenti etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Modern.az xəbər verir ki, qanun layihəsinin lehinə 83 deputat, əleyhinə 23 deputat səs verib.

 

Qanun layihəsi yaxın iki həftə ərzində yekun 3-cü oxunuşda qəbul ediləcək.

 

Əgər ölkə prezidenti qanuna veto qoyarsa, dörd həftə ərzində prezidentin vetosu ləğv olunacaq.

 

Müxalifət qanun layihəsinə qarşı etiraz aksiyasını bərpa edib. Parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bağlayıblar.

 

Parlament binasının ətrafına çoxlu sayda xüsusi təyinatlı polis bölmələri cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?