Modern.az

Türkiyədəki təlimlərdən yeni GÖRÜNTÜLƏR

Türkiyədəki təlimlərdən yeni GÖRÜNTÜLƏR

Dünya

1 Fevral 2025, 19:20

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Görüntülərdə təlim iştirakçılarının qarlı və dağlıq ərazilərdə yerinə yetirdiyi çətin tapşırıqlar əks olunur.

Nazirlik bəyan edib ki, təlim uğurla davam edir.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!