Modern.az

Pezeşkian Qərbə səsləndi: Xamenei qadağa qoyub

Pezeşkian Qərbə səsləndi: Xamenei qadağa qoyub

Dünya

19 İyul 2025, 17:48

İran beynəlxalq qanunlara sadiqdir, lakin təzyiq altında əyilməyəcək.

Modern.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında fəaliyyətinin sülhməramlı olduğunu sübut edib.

Pezeşkian, həmçinin qeyd edib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin fətvası əsasında atom silahının istehsalına qadağa qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?