Modern.az

Suriyada iki erməni öldürüldü, biri yaralandı

Suriyada iki erməni öldürüldü, biri yaralandı

Dünya

12 May 2014, 13:25

Suriyada davam edən hərbi əməliyyatlar zamanı mayın 11-də iki erməni ölüb, biri isə yaralanıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Suriya ordusunun hərbçisi Akop Qrtanyan Hələb şəhərinin Nor Qyux məhəlləsinin raket atəşinə tutulması nəticəsində məhv edilib. Qesab rayonunun Çalma ərazisindəki döyüşlərdə isə erməni Vardan Andreyan ölüb, Saro Papuçyan yaralanıb. Məlumatda qeyd edilir ki, Suriyadakı qanlı hadisələr başlayandan bəri 60-70-ə yaxın erməni ölüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı