Modern.az

Koçaryan parlamentə gedəcək?

Koçaryan parlamentə gedəcək?

Dünya

13 İyun 2026, 17:08

“Ermənistan” bloku parlament mandatlarını qəbul edib-etməməsi ilə bağlı hələ qərar verməyib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti və blokun baş nazirliyə namizədi Robert Koçaryan bildirib.

Onun sözlərinə görə, məsələ digər müxalif qüvvələrlə müzakirə olunacaq.

Koçaryan qeyd edib ki, deputat mandatları siyasi mübarizənin davam etdirilməsi üçün mühüm alət ola bilər.

Sabiq prezident vurğulayıb ki, müxalifət hakimiyyətin legitimliyinin ciddi şəkildə zədələndiyini hesab edir və mübarizəni davam etdirmək niyyətindədir.

“Bu mübarizə həm parlamentdə, həm də küçədə davam edəcək”, - deyə Koçaryan əlavə edib.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə