Modern.az

ABŞ bu il İsrailə maliyyə yardımına son qoyacaq - Tramp

ABŞ bu il İsrailə maliyyə yardımına son qoyacaq - Tramp

Dünya

Bu gün, 17:35

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsrailə ayırdığı maliyyə yardımını 2026-cı ilin sonuna qədər dayandıracağını bildirib.

Modern.az xəbər verir ki, Trampa aid edilən açıqlamada Vaşinqtonun İsrailə maliyyə dəstəyini davam etdirməyəcəyi qeyd olunur.

“Biz artıq İsrailə pul ayırmayacağıq. Bu ilin sonuna qədər İsrailə ödənişləri dayandıracağıq. Onlar da buna etiraz etmirlər”, – deyə ABŞ Prezidentinin bildirdiyi iddia olunur.

Trampın sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə ABŞ İsrailə yenidən yardım göstərə bilər.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl ölkəsinin ABŞ-nin hərbi maliyyə yardımından tədricən imtina etmək niyyətində olduğunu açıqlayıb. Hazırkı razılaşmaya əsasən, ABŞ 2028-ci ilə qədər İsrailə hər il təxminən 3,8 milyard dollar hərbi yardım ayırmağı öhdəsinə götürüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...