Modern.az

ABŞ-də Konqresə seçkilər başladı, 57 milyondan çox insan səs verib

ABŞ-də Konqresə seçkilər başladı, 57 milyondan çox insan səs verib

Dünya

Bu gün, 16:54

ABŞ-də Konqresə aralıq seçkilər başlayıb. Seçkilərin nəticələri ölkədə siyasi qüvvələr nisbətini və Prezident Donald Trampın növbəti iki ildə həyata keçirəcəyi siyasətin imkanlarını müəyyənləşdirəcək.

Modern.az xəbər verir ki, ilk seçki məntəqələri yerli vaxtla saat 05:00-da Vermont ştatında açılıb.

Daha sonra Konnektikut, İndiana, Kentukki, Men, Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarında səsverməyə başlanılıb.

Sonuncu seçki məntəqələri isə Alyaska, Vaşinqton və Havay ştatlarında açılacaq.

Məlumata görə, artıq 57 milyondan çox amerikalı erkən səsvermə və ya poçt vasitəsilə seçkilərdə iştirak edib.

Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın 35 üzvü, həmçinin 36 ştatın qubernatoru seçiləcək.

Hazırda Konqresin hər iki palatasında Respublikaçılar Partiyası üstünlüyə malikdir. Demokratlar isə seçkilər nəticəsində parlament üzərində nəzarəti ələ keçirməyə çalışırlar.

İlk seçki məntəqələri ABŞ-nin şərq sahili vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə noyabrın 4-ü saat 03:00-da) bağlanacaq. Bundan sonra ilkin nəticələrin açıqlanması gözlənilir.

Seçkilərin yekun nəticələrinin müəyyənləşdirilməsi isə səslərin hesablanmasından asılı olaraq bir neçə gün çəkə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...