Modern.az

Tramp İran müharibəsinə xərclənən 30 milyardı “xırda pul” adlandırdı

Tramp İran müharibəsinə xərclənən 30 milyardı “xırda pul” adlandırdı

Dünya

Bu gün, 17:22

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara xərclənən 30 milyard dolları “sadəcə xırda pul” hesab etdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı “Fox News” telekanalına müsahibəsində danışıb.

“Mən İranla müharibəyə xərclənən 30 milyard dollardan danışan çox axmaq bir konqresmenin çıxışını eşitdim. Bu, sadəcə xırda puldur. Çünki biz Venesuelada bundan dəfələrlə çox pul qazanmışıq”, – deyə Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranla münaqişədə güc mövqeyindən çıxış edir və tərəflərin razılığa gəlməsi üçün “çox böyük ehtimal” mövcuddur.

Tramp noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını açıqlayıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Vaşinqtonla Tehran arasında münaqişənin dayandırılması ilə bağlı aparılan məsləhətləşmələrdə “müəyyən irəliləyiş” əldə edildiyini bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...