Qazaxıstanda yeni yüksək vəzifəli təyinat həyata keçirilib.
Modern.az xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev Asel Janasovanın Baş nazirin müavini – nəqliyyat naziri təyin edilməsi barədə fərman imzalayıb.
O, bu vəzifədə Nurlan Sauranbayevi əvəz edib. Sauranbayev Prezidentin müvafiq fərmanı ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Asel Janasova 1987-ci ildə Almatıda anadan olub. O, 2010-cu ildə “Bolaşak” dövlət təqaüdü proqramı çərçivəsində Böyük Britaniyanın Kembric Universitetini bitirib.
2014–2016-cı illərdə Qazaxıstan Milli Bankında çalışıb, 2016–2017-ci illərdə “Zerde” holdinqinə rəhbərlik edib. 2017–2020-ci illərdə “Astana” Beynəlxalq Maliyyə Mərkəzində fəaliyyət göstərib.
2020–2022-ci illərdə ticarət və inteqrasiya nazirinin müavini, 2022–2025-ci illərdə isə “Kazpoçta” şirkətinin rəhbəri olub.
2025-ci ilin iyununda Prezidentin müşaviri, həmin ilin dekabrında isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.