Modern.az

Rusiya Ukraynanın 239 dronunu vurdu

Rusiya Ukraynanın 239 dronunu vurdu

Dünya

Bu gün, 11:20

Ukrayna Silahlı Qüvvələrinə məxsus 239 pilotsuz uçuş aparatı (PUA) ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, pilotsuz aparatlar Həştərxan, Belqorod, Bryansk, Kursk, Oryol və Rostov vilayətləri, Krasnodar diyarı, Krım və Adıgeya, həmçinin Azov və Qara dəniz akvatoriyaları səmasında zərərsizləşdirilib.

Qurumdan bildirilib ki, Ukrayna ordusu son 24 saat ərzində Rusiyaya qarşı ümumilikdə 740 PUA-dan istifadə edib. Əlavə olaraq, ABŞ istehsalı olan iki ədəd "HIMARS" reaktiv mərmisi və 13 ədəd idarəolunan aviasiya bombası hava hücumundan müdafiə vasitələri ilə vurulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV