Modern.az

Ebola can almağa davam edir

Ebola can almağa davam edir

Dünya

Bu gün, 12:39

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı 956 nəfərə yüksəlib, ölənlərin sayı isə 247 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə KDR-nin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, hazırkı epidemiyanın əsas ocağı hesab olunan İturi əyalətində son sutka ərzində 23 yeni yoluxma faktı və 2 ölüm hadisəsi qeydə alınıb. Hazırda xəstəxanalarda 391 nəfər müalicə alır, 92 nəfər isə sağalaraq evə buraxılıb.

Məlumata görə, İturi əyalətində indiyədək 874 yoluxma və 201 ölüm faktı qeydə alınıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 91 faizini təşkil edir.

Bildirilib ki, Ebola xəstələri ilə təmasda olan şəxslərin izlənilməsi göstəricisi 69,3 faizə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı isə bu göstəricinin ən azı 95 faiz səviyyəsində olmasını tövsiyə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV