Modern.az

İsrail bu dəfə Suriyanı hədəf aldı, axtarış apardı

İsrail bu dəfə Suriyanı hədəf aldı, axtarış apardı

Dünya

Bu gün, 12:51

İsrail qüvvələri Suriyanın Dera vilayəti yaxınlığında irəliləyib, hərbçilər qərbdə yerləşən Yərmuk hövzəsi ərazisinə daxil olaraq bir sıra fərdi yaşayış evlərində axtarış aparıblar.

Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Xatırladılır ki, İsrail 2024-cü ildə Colan yüksəkliklərində yeni ərazilərə nəzarəti ələ keçirib. Bu hadisə həmin ilin dekabr ayında müxalif qüvvələrin sürətli irəliləyişi nəticəsində Bəşər Əsəd hökumətinin devrilməsindən sonra baş verib.

“Al Jazeera“ telekanalının bu yaxınlarda dərc etdiyi araşdırmada qeyd olunur ki, İsrail qüvvələri Suriyanın cənubunda rəsmi İsrail xəritələrində göstərilməyən faktiki hərbi mövcudluq formalaşdırıb.

Sizə yeni x var
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV