Modern.az

Bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq - Pezeşkian

Bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq - Pezeşkian

Dünya

21 İyun 2026, 15:57

Bu gün İsveçrədə danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq.

Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlər bəzi ölkə banklarında bloklanıb:

"Tehran hökuməti ABŞ-la danışıqlarda sanksiyaların aradan qaldırılmasını və bloklanmış vəsaitlərin geri qaytarılmasını istəyir".

O, ABŞ ilə əldə edilən razılaşmanın şərtlərinin ölkəsinin xeyrinə olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...