Modern.az

Starmer istefa verəcək - Tramp

Starmer istefa verəcək - Tramp

Dünya

21 İyun 2026, 18:50

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifəsindən istefa verəcəyinə əmin olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, Starmer iki əsas sahədə uğursuzluğa düçar olub.

"Kir Starmer Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verəcək. O, iki istiqamətdə - miqrasiya və energetika sahələrində iflasa uğrayıb. Şimal dənizində neft hasilatına yenidən icazə verin", - deyə Tramp yazıb.

Donald Tramp paylaşımında Böyük Britaniyanın enerji siyasətini də tənqid edərək, Şimal dənizində neft hasilatının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi