Ukrayna Volqoqrad vilayətində yerləşən və hərbi təyinatlı məhsullar istehsal edən zavoda raket zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi "Titan-Barikadı" hərbi zavodu olub. Bildirilir ki, burada "Oreşnik" raket komplekslərinin istehsalı həyata keçirilir.
İddialara əsasən, zavod Ukraynanın uzaqmənzilli "Flamingo" qanadlı raketləri ilə vurulub. Hücum zamanı ən azı iki dəqiq zərbə qeydə alınıb.
Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.