Modern.az

"Müharibə bir günə bitər" – Peskov şərtləri açıqladı 

"Müharibə bir günə bitər" – Peskov şərtləri açıqladı 

Dünya

7 İyul 2026, 23:30

Ukrayna qoşunlarını Rusiya ərazilərindən çıxarsa, döyüşlər ertəsi gün dayanar.

Modern.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İsveçrənin "Die Weltwoche" nəşrinə müsahibəsində belə deyib.

Peskovun sözlərinə görə, bunun üçün Ukrayna Prezidenti Volodimir Zelenski qəti qərar qəbul etməlidir.

“Ukrayna qoşunları Donbasdan və hazırda Rusiya Federasiyasının tərkib hissəsi hesab olunan regionlardan çıxarılmalı, situasiya de-fakto qəbul edilməlidir. Bu baş verərsə, hərbi əməliyyatlar səhəri gün dayandırılacaq”, – Kremlin sözçüsü qeyd edib.

Peskov, həmçinin vurğulayıb ki, Kiyevin yeni silah növlərinin tədarükü ilə bağlı müraciətləri Rusiyanı dayandıra bilməyəcək.

Onun sözlərinə görə, Moskva qarşıya qoyduğu məqsədlərə nail olana qədər əməliyyatları davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV