Modern.az

Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı təsis edilib

Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı təsis edilib

Dünya

Bu gün, 12:32

Çinin Şanxay şəhərində Dünya Süni İntellekt Konfransı (WAIC) və Süni İntellektin Qlobal İdarəçiliyinə dair Yüksək Səviyyəli Görüş keçirilir.

Modern.az xəbər verir ki, bir neçə ölkədən dövlət və hökumət başçılarının iştirak etdikləri tədbirin açılışında çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının yaradıldığını elan edib.

Təşkilatın yaradılması barədə sazişi 29 ölkənin nümayəndəsi imzalayıb. İmzalanma mərasimində BMT-nin Baş katibi Antonio Quterreş və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

Sazişə əsasən, təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq qalacaq, geniş məsləhətləşmələrə və ümumi fayda naminə birgə töhfələrə əsaslanacaq, həmçinin insan mərkəzli yanaşmanı rəhbər tutacaq.

Yeni təşkilatın məqsədi süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı və qlobal idarəçiliyi gücləndirmək, süni intellektin faydalı, təhlükəsiz və ədalətli şəkildə inkişafını təmin etməkdir. Bununla yanaşı, süni intellektin sağlam və nizamlı inkişafını dəstəkləyərək bütün bəşəriyyətin rifahına xidmət etməsi hədəflənir.

Təşkilatın qərargahı Çinin Şanxay şəhərində yerləşəcək.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı