Modern.az

Tokayev Putinlə görüşdü - vasitəçilikdən imtina etdi

Tokayev Putinlə görüşdü - vasitəçilikdən imtina etdi

Dünya

Bu gün, 17:50

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ukrayna münaqişəsində vasitəçilik etməyəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Vesti" agentliyi məlmat yayıb.

Tokayev münaqişənin həlli üçün "İstanbul sazişləri"nə qayıtmağı təklif edib. O, həmçinin Qazaxıstanın Rusiya ilə strateji əməkdaşlığa sadiqliyini vurğulayıb.

Qazaxıstan Prezidenti deyib: "Bəlkə də bu münaqişə dondurulmalı və biz İstanbul formulana qayıtmalıyıq, çünki orada əhəmiyyətli nəticələr əldə edilib".

O, "Rusiya böyük ölkədir, rus xalqı böyük xalqdır və buna görə də Rusiya bütün məsələləri təkbaşına həll edəcək", - deyə vurğulayıb.

Prezidentlər Regionlararası Əməkdaşlıq Forumunda iştirak etmək üçün 25 iyulda Omsk şəhərinə gediblər. Plenar iclasdan əvvəl dövlət başçıları ikitərəfli danışıqlar aparıblar.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr