Modern.az

ABŞ İranla müharibədə itkilərinin sayını açıqladı: 18 ölü, 624 yaralı

ABŞ İranla müharibədə itkilərinin sayını açıqladı: 18 ölü, 624 yaralı

Dünya

Bu gün, 10:44

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-İran müharibəsi ilə bağlı rəsmi itki statistikasını yeniləyib.

Modern.az xəbər verir ki, Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sisteminə (DCAS) 140-dan çox yaralı hərbçi əlavə olunub. Eyni zamanda, iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilərin qeydiyyatı üçün "Xarici əməliyyatlar" (Overseas Operations) adlı yeni kateqoriya yaradılıb.

Yenilənmiş məlumatlara əsasən, münaqişənin ilk mərhələsi hesab edilən və "Operation Epic Fury" ("Epik Qəzəb") adlandırılan əməliyyat zamanı 14 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Pentaqonun son statistikasına görə, ABŞ-ın fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından bu günədək ümumilikdə 18 hərbçi həlak olub, 624 hərbçi isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr