Ukrayna İranın son bəyanatlarını əsassız adlandıraraq Tehranı Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin birbaşa iştirakçısı olmaqda ittiham edib.
Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Abbas Əraqçinin paylaşımına cavab olaraq bildirib.
Sibiqanın sözlərinə görə, İran 2022-ci ildən Rusiyanı silahla təmin etməklə Ukraynaya qarşı müharibəyə dəstək verir və buna görə özünü qurban kimi təqdim etmək üçün heç bir əsası yoxdur.
O, həmçinin Tehranın bu bəyanatlarla Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı hücumlarından diqqəti yayındırmağa çalışdığını bildirib.
Ukrayna XİN rəhbəri qeyd edib ki, Rusiyanın gəmiçilik azadlığına qarşı hücumları BMT Təhlükəsizlik Şurasının bugünkü fövqəladə iclasında əsas müzakirə mövzularından biri olacaq və Kiyev beynəlxalq ictimaiyyətdən qəti mövqe gözləyir.