Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) saxta sənədlərlə Ermənistandan gətirilən 39 mindən çox təzə kəsilmiş qızılgülün ölkəyə daxil olmasının qarşısını alıb.
Modern.az xəbər verir ki, Belarusdan Rusiyaya daşınan 39 min 200 ədəd qızılgül Smolensk gömrüyündə saxlanılıb.
Yoxlama zamanı yükün saxta sənədlərlə daşındığı müəyyən edilib. Rosselxoznadzorun ərazi idarəsinin qərarı ilə qaçaqmalçılıq hesab edilən gül partiyası iyulun 23-də məhv edilib.
Yükdaşıyıcı barəsində inzibati protokol tərtib olunub.