Modern.az

Fars körfəzi ölkələri İran müharibəsinə görə Trampdan narazıdır

Fars körfəzi ölkələri İran müharibəsinə görə Trampdan narazıdır

Dünya

15 Avqust 2026, 22:53

ABŞ-ın Fars körfəzindəki müttəfiqləri Donald Trampın İranla müharibə və münaqişənin dayandırılmasına yönəlmiş siyasətindən getdikcə daha çox narazılıq ifadə edirlər.

Modern.az xəbər verir ki, bu barədə “Washington Post” ərəb və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

“Tramp bu müharibəni başlatdı, bunun əvəzini isə biz ödəyirik”, – deyə ərəb rəsmilərindən biri qəzetə bildirib.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn Vaşinqtonun siyasətindən getdikcə narazı qalır.

Qeyd olunur ki, yüksək vəzifəli avropalı məmurlardan biri Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan müdafiə sazişini ABŞ-a verilmiş siqnal kimi qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!