Modern.az

Qarabağ hərəkatı Ermənistanı məhv etmək layihəsi idi - Paşinyan

Qarabağ hərəkatı Ermənistanı məhv etmək layihəsi idi - Paşinyan

Dünya

24 Avqust 2026, 14:51

Qarabağ hərəkatının Ermənistanın dövlət quruluşunu və gələcəyini məhv etməkdən başqa bir şey olmayan layihə olduğunu görmək cəsarətimiz oldu.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də Ermənistan parlamentində hökumətin qarşıdakı beş il üçün proqramını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, xalqın ona verdiyi mandat əsasında bu layihəyə son qoyulub və Ermənistan dövlətinin davamlılığı üçün yeni imkanlar yaradılıb:

“Xalqın bizə verdiyi mandatla bu layihəni bağladıq və Ermənistan dövlətinin davamlılığı üçün məhdudiyyətsiz imkanların qarşısını açdıq. Ermənistanın gələcəyini başqa ölkələrdə axtarmaq düzgün deyil. Ermənistanı Azərbaycanda və Türkiyədə axtarmaq lazım deyil. Eyni şəkildə onu İranda və Gürcüstanda da axtarmaq lazım deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...