Modern.az

Xarici diplomatlarla TRIPP müzakirə edildi

Xarici diplomatlarla TRIPP müzakirə edildi

Dünya

Bu gün, 09:44

Ermənistanın Gümrü şəhərində keçirilən xaricdəki diplomatik xidmət rəhbərlərinin seminarı başa çatıb.

Modern.az xəbər verir ki, seminar çərçivəsində Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüş keçirilib.

Görüş zamanı 8 avqust 2025-ci ildən etibarən Ermənistanın blokadadan çıxarılması istiqamətində atılan addımlar müzakirə olunub. Həmçinin regional nəqliyyat əlaqələrinin inkişafı proqramlarına, o cümlədən TRIPP-in həyata keçirilməsi istiqamətində görülən işlərə toxunulub. Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları da müzakirə edilib. Müxtəlif istiqamətlər üzrə hazırkı dinamika və gələcək perspektivlər nəzərdən keçirilib. Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan ölkənin diplomatik nümayəndəliklərinin rəhbərlərini maraqlandıran sualları cavablandırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...