Modern.az

ABŞ Britaniyanı Folklend adaları ilə sıxışdırır

ABŞ Britaniyanı Folklend adaları ilə sıxışdırır

Dünya

Bu gün, 11:05

ABŞ Böyük Britaniyanın hərbi xərclərini artırması üçün Londona təzyiq göstərməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin yazdığına görə, Pentaqonda Vaşinqtonun Folklend adaları ilə bağlı mövqeyinə yenidən baxılması müzakirə olunur. ABŞ bu məsələdən Britaniyaya təzyiq vasitəsi kimi istifadə edə bilər.

Vaşinqton Londonun müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə çatdırılmasını nəzərdə tutan NATO hədəfinə keçidi ləngitməsindən narazıdır.

Böyük Britaniya hökuməti isə ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Maliyyə naziri Con Hili 2030-cu ilədək müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq məqsədindən imtina etməyə hazırlaşır. Hili müdafiə naziri olduğu dövrdə bu təşəbbüsün əsas tərəfdarlarından biri idi.

Beləliklə, London maliyyə imkanları ilə əsas müttəfiqi ABŞ-nin tələbləri arasında mürəkkəb seçim qarşısında qalıb.

Qeyd edək ki, Folklend adalarının suverenliyi Böyük Britaniya ilə Argentina arasında uzun illərdir mübahisə predmetidir. Vaşinqtonun mövqeyində mümkün dəyişiklik London üçün ciddi siyasi təzyiq yarada bilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...