Modern.az

ABŞ Ermənistan ordusundakı islahatlara dəstək verəcək

ABŞ Ermənistan ordusundakı islahatlara dəstək verəcək

Dünya

Bu gün, 20:55

Ermənistan Müdafiə Nazirliyində Ermənistan və ABŞ arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Ermənistan tərəfindən nazirliyin nümayəndələri, ABŞ tərəfindən isə Kanzas Milli Qvardiyasının komandanı, briqada generalı Pol Şnayder və ABŞ Müdafiə Nazirliyinin müxtəlif strukturlarının nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı son illərdə müdafiə sahəsində həyata keçirilən proqramlar, eləcə də gələcək əməkdaşlıq proqramlarının potensialı müzakirə olunub.

Görüşün yekununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan bildirib ki, qeyd olunan bütün istiqamətlər üzrə əməkdaşlıq Ermənistan ordusunda aparılan islahatlar çərçivəsində inkişaf etdirilir.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Endryu Lumis isə ABŞ-ın öz təcrübəsini bölüşməklə Ermənistan ordusunda aparılan islahatlara dəstəyi davam etdirəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı