Modern.az

Tramp 25 əsas uğurunu açıqladı: Azərbaycan da siyahıda

Tramp 25 əsas uğurunu açıqladı: Azərbaycan da siyahıda

Dünya

Bu gün, 21:12

ABŞ Prezidenti Donald Tramp 2025-2026-cı illərdəki prezidentlik fəaliyyəti dövründə əldə etdiyi 25 əsas nailiyyəti açıqlayıb.

Modern.az xəbər verir ki, Ağ Evin məlumatına görə, siyahıda Tramp administrasiyasının 8 böyük münaqişənin başa çatmasında rol oynadığı qeyd olunur. Onların arasında Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşması da yer alır.

Ağ Evin əvvəlki açıqlamalarında da Azərbaycan və Ermənistan arasında sülh prosesində Trampın roluna diqqət çəkilib. 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda sülhə dair birgə bəyannamə imzalayıblar.

Trampın siyahısında digər xarici siyasət məsələləri də yer alıb. Onun administrasiyası Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasını, İrana qarşı hərbi əməliyyatları və Tehranın uranın zənginləşdirilməsi imkanlarının aradan qaldırıldığını qeyd edib. Ağ Ev həmçinin İranın nüvə silahına sahib olmasının qarşısının alındığını bildirib.

Siyahıda müxtəlif ölkələrdə həbsdə olan ABŞ vətəndaşlarının ölkəyə qaytarılması, ABŞ-a qanunsuz miqrasiyanın qarşısının alınması, yeni enerji siyasətinin həyata keçirilməsi və Silahlı Qüvvələrə yatırımların artırılması da qeyd olunub.

Tramp administrasiyası həmçinin xarici malların müxtəlif kateqoriyalarına tariflərin tətbiqini və yeni iş yerlərinin yaradılmasını prezidentlik dövrünün əsas nəticələri sırasında göstərib.

Qeyd edək ki, Ağ Ev Trampın fəaliyyəti ilə bağlı daha əvvəlki açıqlamalarında da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını administrasiyanın əsas xarici siyasət nəticələrindən biri kimi təqdim edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı