Modern.az

Türkiyə Rusiya və Ukraynaya təklif göndərdi - Ankara cavab gözləyir

Türkiyə Rusiya və Ukraynaya təklif göndərdi - Ankara cavab gözləyir

Dünya

Bu gün, 01:20

Türkiyə Qara dənizdəki vəziyyətlə bağlı Rusiya və Ukraynaya təklif göndərib və tərəflərdən cavab gözləyir.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “NTV” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə uzunmüddətli nəticəyə nail olmaq hələ çətindir.

Fidan bildirib ki, tərəflər qarşılıqlı itkilərə səbəb olan müharibəni davam etdirmək, yoxsa döyüşlərin dayandırılması üçün məqbul bir yol tapmaq barədə qərar verməlidirlər.

“Biz hər iki tərəfə təklifimizi göndərmişik və cavab gözləyirik”, – Türkiyənin xarici işlər naziri deyib.

Fidan qeyd edib ki, Türkiyənin hazırda əsas prioriteti Qara dənizdən taxılın çıxarılmasıdır.

“Taxıl enerjidən fərqli olaraq hər iki ölkənin satdığı məhsuldur”, – deyə o vurğulayıb.

Türkiyənin xarici işlər naziri Moskva və Kiyevə təqdim olunan təklifin məzmununu açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı