İranın xarici işlər naziri Abbas Arakçinin bacısı Bədr əs-Sədat Arakçi vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Abbas Arakçinin Telegram kanalı məlumat yayıb.
Bədr əs-Sədat Arakçinin ölümünün səbəbi və hansı şəraitdə baş verdiyi açıqlanmayıb.
“İranın xarici işlər naziri Seyid Abbas Arakçi bacısının vəfatından kədərlənir”, - deyə məlumatda bildirilib.