Modern.az

Piyada zəncirvari qəzaya səbəb oldu

Piyada zəncirvari qəzaya səbəb oldu

Hadisə

22 Yanvar 2022, 20:13

Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, nəticədə arxada gələn “AzSamand” markalı avtomobil “Mercedes”ə, “VAZ-2106” markalı avtomobil isə hər iki avtomobilə çırpılıb. Şahidlərin sözlərinə görə, “Mercedes”in sürücüsünün qəfil əyləcdən istifadə etməsinə yolu düzgün yerdən keçməyən piyada səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar