Modern.az

Bərdədə ağır qəza - 10 nəfər xəsarət aldı

Bərdədə ağır qəza - 10 nəfər xəsarət aldı

Hadisə

Bu gün, 13:50

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda olub.

Hərəkətdə olan “VAZ-21015” markalı maşın “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı kanala düşüb.

Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

 

Xəsarət alan şəxslər aşağıdakılardır:

 

Babayev Orxan Vüqar oğlu (1994)

Hacıyev Röyal Rövşən oğlu (2004)

Hətəmov Ayxan Natiq oğlu (2007)

Nəcəfli Mirşahin Yeımar oğlu (2007)

Paşayev Efras Ayaz oğlu (1979)

Həmidova Rabella Əlibaba qızı (1990)

Həmidzadə Ömər Kamandar oğlu (2018)

Həmidova Səkurə Yaqub qızı (1964)

Həmidov Həmid Fərrux oğlu (1963)

Həmidov Kamandar Həmid oğlu (1988).

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV