Modern.az

Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı

Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı

Hadisə

25 İyun 2026, 00:42

Ağdərə rayonunda mübahisə zəmnində Vətən müharibəsi qazisi bıçaqlanıb.

Modern.az-ın məlumatına görə, bıçaqlanma hadisəsi rayonun Suqovuşan qəsəbəsində baş verib.

Rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Məhərrəmov Sadiq Əhliman oğlu mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.

Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən Elzamin Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada