Modern.az

Sosial yardım davası məhkəmədə bitdi: kürəkənini döyən 69 yaşlı kişi cəzalandırıldı

Sosial yardım davası məhkəmədə bitdi: kürəkənini döyən 69 yaşlı kişi cəzalandırıldı

Hadisə

Bu gün, 10:50

Siyəzəndə kürəkənini döyən qayınataya cinayət işi açılıb.

Modern.az-ın xəbərinə görə, hadisə şəhərin B. Bayramov küçəsində baş verib.

69 yaşlı Şirzad Musayev (şərti adla) yaşadıqları evdə kürəkəni, Samir Quliyevin (şərti adla) sifətinə təsərrüfat beli ilə zərbə vurub. Nəticədə Samirin üz nahiyəsi kəsilib. Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılaraq, Ş. Musayev istintaqa cəlb olunub.

Təqsirləndiriən şəxs ifadəsində bildirib ki, Samir 15 ildir qızı Rəsmiyyə (şərti adla) ilə nikahdadır və daim onu döyüb. Bu səbəbdən qızı onun evinə gəlib. Şirzadın sözlərinə görə, hadisə olan günü Rəsmiyyə işdən çıxıb evə gələndə, Samir də onunla birgə gəlib. Samir arvad uşağını da götürüb getmək istəyəndə qızı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ş. Musayev də məlum cinayəti törədib. O, əməlindən peşman olduğunu və yaşının kifayət qədər olmasının nəzərə alınmasını istəyib.

Zərərçəkən Samir Quliyev isə bildirib ki, ünvanlı sosial yardım aldıqları zamanı Rəsmiyyə öz anasının köməyilə işə düzəlib. Buna görə də ünvanlı sosial yardım kartını anasına verib. Bu səəbdən onlar arasında mübahisələr başlayıb və nəticədə Rəsmiyyə ata evinə gedib. Arvadını qaytarmaq üçün qaynı ilə danışaraq, qayınatasının evinə gedib. Bu zaman Şirzad onu nalayiq söyüşlərlə təhqir edib, arvadı ilə görüşməyə imkan verməyib və şüşə qabı başına çırpıb. Evdən çıxmaq istəyəndə isə be lilə sifətinə zərbə vurub. S. Quliyev deyib ki, qayınatasından şikayətçi olmaması barədə ərizə yazsa da, hazırda arvad-uşağı geri qayıtmadığı üçün şikayətçidir.

Məhkəmənin qərarı ilə Şirzad Musayev 1200 manat məbləğində cərimələnib.

 

İlyas Turan

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)