Modern.az

Bir ay əvvəl aldığı ev yanıb kül oldu - FOTO

Bir ay əvvəl aldığı ev yanıb kül oldu - FOTO

Hadisə

Bu gün, 15:21

Cəlilabadda evdə yanğın olub.

Modern.az-ın məlumatına görə, hadisə Kazımabad kəndində baş verib.

Kənd sakini Adil Əliyevə məxsus birmərtəbəli, 80 kvadratmetr sahəsi olan evdə anidən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri və texnikası cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. 

Buna baxmayaraq ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd olunur ki, A. Əliyev həmin evi 1 ay əvvəl alaraq, burada yaşamağa başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)