Modern.az

Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı

Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı

Hadisə

Bu gün, 21:45

Sabirabad rayonunda 17 yaşlı oğlan özündən iki yaş kiçik qızı qaçırıb.

Modern.az xəbər verir ki, Cavad kənd sakini  2011-ci il təvəllüdlü qızla sosial şəbəkədə tanış olublar. Bir müddət yazışandan sonra onlar ailə qurmaq qərarına gəliblər. Bu məqsədlə oğlan digər kənddə yaşayan 15 yaşlı qızı qaçırıb, amma öz evlərinə gətirməyib.

Onlar kənd ərazisində yaşayış olmayan evə gələrək orada gizlənmək istəyiblər. Lakin evin qapısı bağlı olduğundan içəri girə bilməyiblər. Çarəsiz qalan cütlük həyətdəki köhnə ot tayasında özlərinə yer edib, orada gizləniblər.

Dünən axşam saatlarında polis əməkdaşlarının keçirdikləri əməliyyatla qız və oğlan ot tayasında aşkarlanıblar. Onlarla profilaktik söhbət aparılıb və ailələrinə təhvil veriliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə