Modern.az

Ağdamda itlər məktəbli qıza hücum etdi - VİDEO

Ağdamda itlər məktəbli qıza hücum etdi - VİDEO

Hadisə

Bu gün, 22:50

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb.

Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə