Modern.az

KİV: Ronaldo Səudiyyə klubu ilə müqavilə imzalayıb

KİV: Ronaldo Səudiyyə klubu ilə müqavilə imzalayıb

İdman

30 Dekabr 2022, 22:35

Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Müqavilənin 2025-ci ilin yayına qədər imzalandığı bildirilir. Razılaşmanın digər detalları açıqlanmayıb.

 

Noyabrın sonunda portuqaliyalı futbolçu "Mançester Yunayted" komandasını tərk edib. Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...