Modern.az

“Qarabağ” qitənin klub reytinqində ilk “50-lik”də

“Qarabağ” qitənin klub reytinqində ilk “50-lik”də

İdman

18 Yanvar 2023, 12:18

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların Avropa reytinqini açıqlayıb.

 

Modern.az xəbər verir ki, “Qarabağ” siyahının 49-cu pilləsində qərarlaşıb.

 

Azərbaycan təmsilçisi “Borussiya” (Dortmund, Almaniya), “Latsio”, “Fiorentina”, “Atalanta (hamısı İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Lester” və “Nyukasl” (hər ikisi İngiltərə) kimi məşhur klubları qabaqlayıb.

 

Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir, 2-ci pillədə “Çelsi”, 3-cü yerdə isə “Mançester Siti” qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!