Modern.az

PSJ Messini cəzalandırdı

PSJ Messini cəzalandırdı

İdman

3 May 2023, 07:50

PSJ klubu Lionel Messini cəzalandırıb.


Modern.az xəbər verir ki, argentinalı futbolçunun Səudiyyə Ərəbistanına səfəri klub rəhbərliyini qəzəbləndirib.


Messinin “Loryan”a məğlubiyyətdən sonra klub rəhbərliyinə xəbər verməməsi münasibətləri gərginləşdirib. İki həftə heyətdən uzaqlaşdırılan ulduz futbolçuya bu müddət ərzində məvacib ödənilməyəcək.

 

Digər xəbərlərə görə, məlum hadisədən sonra klub Messi ilə yayda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!