Modern.az

Sergen Yalçın “Neftçi”dən vaxt istədi

Sergen Yalçın “Neftçi”dən vaxt istədi

İdman

21 İyun 2023, 16:12

Türkiyəli baş məşqçi Sergen Yalçın "Neftçi" klubu ilə danışıqları başa vurub.

 

Modern.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Gürler Akgün özünün sosial media hesabında yazıb.

 

Onun sözlərinə görə, mütəxəssis qərarını bildirmək üçün vaxt istəyib.

 

Türkiyəli futbol məşqçisi Sergen Yalçının karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. Onun sonuncu iş yeri "Beşiktaş" klubu olub. Mütəxəssis 2021-ci ilin dekabrında istefaya göndərilib.

 

Qeyd edək ki, "Neftçi" bu gün rumıniyalı baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV