Modern.az

UEFA Çempionlar Liqasındakı ixtişaşı araşdırır

UEFA Çempionlar Liqasındakı ixtişaşı araşdırır

İdman

14 İyul 2023, 07:54

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Maltanın “Hamrun Spartans”ı ilə İsrailin Hayfanın “Makkabi” komandaları arasında keçirilən oyunda baş verən iğtişaşları araşdırır.

 

Modern.az-ın məlumatına görə, hər iki klubun azarkeşləri iğtişaşlar törətməkdə və meydançaya əşyalar atmaqda ittiham olunurlar.

 

Belə ki, “Hamrun Spartans”ın azarkeşləri pirotexniki vasitələri yandıraraq, stadiona maddi ziyan vurublar.

 

UEFA qurumun nəzarət, etika və nizam-intizam orqanlarının məsələ ilə bağlı vaxtında qərar verəcəyini bildirib.

 

Qeyd edək ki, iyulun 11-də baş tutan görüş 4:0 hesabı ilə “Makkabi”nin xeyrinə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır