Modern.az

Rafael Ağayev Braziliyaya dəvət olundu

Rafael Ağayev Braziliyaya dəvət olundu

İdman

12 Oktyabr 2023, 10:56

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Braziliyaya dəvət olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı idmançı oktyabrın 15-də Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində xüsusi məşq keçəcək.

 

Braziliyanın karate komandasının məşqçisi Rikardo Aqiar təcrübəli Ağayevin şəhərə səfəri ilə bağlı açıqlama verib: "Onun səviyyəsində bir idmançını gətirə bilmək böyük şərəfdir. Bu, Ribeyrao-Pretonun beynəlxalq tədbirlərə necə hazır olduğunu bir daha göstərir. Bu karateçinin gəlişi region idmançılarının peşəkar inkişafı baxımından unikal fürsətdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!