Modern.az

Şahmatçılarımız dünya birinciliyində iştirak edəcəklər

Şahmatçılarımız dünya birinciliyində iştirak edəcəklər

İdman

12 Oktyabr 2023, 13:08

Oktyabrın 14-də Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə start veriləcək.

 

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 80 ölkənin qatılacağı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək.

 

Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir.

 

Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrossmeyster Fərid Abbasov rəhbərlik edəcək.

 

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 27-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV