Modern.az

Boksçularımız bürünc medal qazandılar

Boksçularımız bürünc medal qazandılar

İdman

14 Oktyabr 2023, 10:00

Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda bürünc medalla kifayətlənib.

 

Azərbaycan Boks Federasiyasından Modern.az-a verilən məlumata görə, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

 

Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçularımızın 4-ü də yarışı bürünc medalla başa vurublar.

 

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov finalda mübarizə aparacaq. Milli üzvü çempionluq uğrunda Qabil Məmmədovla (Rusiya) döyüşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV