Modern.az

Karateçimiz beşqat dünya çempionu oldu

Karateçimiz beşqat dünya çempionu oldu

İdman

5 Noyabr 2023, 13:46

Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.

 

Modern.az-ın məlumatına görə, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.

 

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

 

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir