Modern.az

Azərbaycan – Belçika oyununun hakimləri açıqlandı

Azərbaycan – Belçika oyununun hakimləri açıqlandı

İdman

16 Noyabr 2023, 13:24

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçika yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

 

Matçı Gerqo Boqar idarə edəcək. Onun köməkçiləri Teodoros Georgi və Balaş Salai olacaqlar. Dördüncü hakim funksiyasını isə Ferents Karako yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 19-da “Kral Boduin” stadionunda keçiriləcək Azərbaycan - Belçika qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV