Modern.az

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

İdman

20 Aprel 2026, 09:58

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start veriləcək.

Modern.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizə aparacaq.

Xalça üzərinə Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Sənan Süleymanov (77 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV