Modern.az

ÇL yarımfinal: PSJ-"Bavariya" oyununda 9 qol vuruldu

ÇL yarımfinal: PSJ-"Bavariya" oyununda 9 qol vuruldu

İdman

Bu gün, 00:57

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Modern.az xəbər verir ki, PSJ Parisdə "Park de Prens" stadionunda  Almaniyanın "Bavariya" komandasını qəbul edib. Maraqlı keçən qarşılaşmada qapılara 9 qol vurulub. Qarşılıqlı hücumlar şəraitində keçən matç fransızların xeyirinə başa çatıb - 5:4.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!