Modern.az

Cüdoçumuzdan Avropa Kubokunda QIZIL MEDAL

Cüdoçumuzdan Avropa Kubokunda QIZIL MEDAL

İdman

31 May 2026, 12:49

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.

Modern.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart